

Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru ilə zərərçəkənlər arasında barışıq əldə edilib
Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Ayxan Novruzov ifadəsində bildirib ki, o özünü təqsirli bilir: "Mən elan olunan ittihamda özümü təqsirli bilirəm. Cavan olmuşam. Bir səhv etmişəm. Zərərçəkənlərə də zərəri ödəyib onlarla barışıq əldə etmişəm. Məncə, kimsə qalmayıb, amma kimisə unutmuşamsa və ya əlavə nəsə istəsələr, onu da ödəməyə hazıram".
Prosesdə ifadə verən zərərçəkən Oqtay Qurbanov bildirib ki, təqsirləndirilənlə barışıq əldə olunub, ona dəyən 1200 manat ziyan tam ödənilib: "O, mənə dəyən ziyanı tam ödəyib. Hazırda şikayət və tələbim yoxdur. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız".
Digər zərərçəkənlərin dindirilməsi üçün proses mayın 13-dək təxirə salınıb.
Qeyd edək ki, Ədliyyə Naziriliyinin rayon icra şöbələrindən birində icra məmuru işləmiş Novruzov Ayxan Nəsrulla oğlu rüşvət almaqda və dələduzluqda ittiham edilir.
A.Novruzov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Baş İdarəsində araşdırma aparılıb.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işində 11 nəfər zərərçəkmiş qismində tanınıb.
Oxşar xəbərlər
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Dələduzluqda ittiham olunan bağça direktorunun ittiham aktı elan olunub
Külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkar ev dustaqlığına buraxılıb
"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib
Rüşvət almaqda ittiham olunan məktəb direktoruna hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fateme Mohacerani: İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İranın daxili işlər naziri ölkənin cənubunda partlayış baş verən əraziyə uçub
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
Mətin Kərimli: Xankəndi sülhün, yenilənmənin və tərəqqinin rəmzinə çevrilib
-
COP Simulyasiya Konfransı çərçivəsində Xankəndi Gənclər Paktı imzalanacaq
