Astaraya PUA ilə keçirilən narkotik aşkarlanıb, bir nəfər tutulub - FOTO
Astara rayonu ərazisində qaçaqmalçılıq yolu ilə ölkəyə pilotsuz uçuş aparatı vasitəsilə keçirilən 10 kiloqram marixuana çay kənarında aşkarlanıb.
Sizinxeber.az-nın cənub bürosunun məlumatına görə, PUA ilə yerə qoyularaq lokasiyasiyası ötürülən şübhəli bağlamaları həmin yerdən götürməyə gələn, əvvəllər məhkum olunmuş 37 yaşlı Cavid Həsənov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, narkotik vasitəni başqa-başqa ünvalara çatdırılmasına məsul olan şübhəli şəxsin istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşması olub.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıb
Ağcabədidə 12 kq narkotik aşkarlanıb
Qaçaqmalçılıqla ölkəyə gətirilən 134 kq narkotik tutulub, 2 nəfər həbs olunub - VİDEO
Sumqayıtda İran vətəndaşı vasitəsi ilə əldə edilən 20 kq narkotik aşkarlanıb
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotikin dövriyyəyəsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













