Abşeronda mağazadan 100 min manatlıq elektrik avadanlıqları oğurlanıb
sizinxeber.az xəbər saytı

Abşeronda mağazadan 100 min manatlıq elektrik avadanlıqları oğurlanıb


Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törədən Faiq Cəbiyev və Namiq Xanməmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar.

Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Maştağada istixanadan 10 min manatlıq elektrik avadanlıqları oğurlayanlar saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zabratda gözəllik salonundan 17 min manatlıq aparat oğurlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
On min manatlıq oğurluq edən şəxslər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron RİH-in sabiq əməkdaşının məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lökbatanda yük maşınından 6400 dollar oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər