Lənkəranda 41 yaşlı qadın bıçaqlanaraq öldürülüb
sizinxeber.az xəbər saytı

Lənkəranda 41 yaşlı qadın bıçaqlanaraq öldürülüb


Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.

Şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişini blçaqlayan şəxs tutulub - FOTO - YENİLƏNİB-1
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Lənkəranda 31 yaşlı kişi işlədiyi emalatxanada yıxılaraq ölüb
Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər