İmişlidə sürət yarışı keçirib sosial şəbəkədə paylaşan sürücülər saxlanılıb
sizinxeber.az xəbər saytı

İmişlidə sürət yarışı keçirib sosial şəbəkədə paylaşan sürücülər saxlanılıb


İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən sürücülər saxlanılıblar.

Sizinxeber.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.

Oxşar xəbərlər

Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib - FOTO
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO
Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Konstruksiya dəyişikliyi edilən avtomobili “Tik-Tok”-da paylaşan sürücü həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər