sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Hacıqabulda qəza olub, sürücü ağır yaralanıb
Hacıqabulda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Ucar rayonunun Yuxarı Silyan kənd sakini, 1990-cı il təvəllüdlü Nuriyev Hilal Atamoğlan oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil yolların buz bağlaması səbəbilə sürüşərək TIR-a çırpılıb.
Nəticədə birincinin sürücüsü ağır vəziyyətdə hər iki ayağının sınıq diaqnozu və travmatik şok vəziyyətində Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda minik maşını yük avtomobilinə çırpılıb
Hacıqabulda qəza baş verib, 2 nəfər ağır xəsarət alıb - VİDEO
Hacıqabulda baş verən qəzada 4 nəfər xəsarət alıb
Hacıqabulda minik avtomobili qəzaya uğrayıb, bir nəfər ölüb
Hacıqabulda avtomobilin TIR-a çırpılması nəticəsində sürücü ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













