Zaqatalada 29 yaşlı gənc özünü asaraq intihar edib
sizinxeber.az xəbər saytı

Zaqatalada 29 yaşlı gənc özünü asaraq intihar edib


Zaqatala sakininin meyiti fındıq bağında asılı vəziyyətdə tapılıb.

Sizinxeber.az-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Aşağı Tala kəndinin inzibati ərazisinin “Torpaqqala” adlanan hissəsində baş verib.

1996-cı il təvəllüdlü rayonun Aşağı Tala kənd sakini Sərxan Süleyman oğlu İbrahimovun meyiti ailəsinə məxsus fındıq bağında ağacdan asılı vəziyyətdə aşkar olunub.

İlkin araşdırma zamanı S. İbrahimovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatalada 14 yaşlı yeniyetmə intihar edib
Şəkidə məktəbli intihar edib
Zaqatalada 27 yaşlı şəxs intihar edib
Balakəndə məktəbli qız intihar edib
Daşkəsən sakini intihar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər