sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsmayıllıda 32 yaşlı şəxs bıçaqlanıb
İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, fevralın 7-də gecə saatlarında İsmayıllı rayonunun Quşencə kəndi ərazisində 54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qəbələdə 41 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb
Zaqatala 24 yaşlı şəxs bıçaqlanıb
Mingəçevirdə 31 yaşlı şəxs bıçaqlanıb
Zaqatalada 30 yaşlı kişi bıçaqlanıb
Zaqatalada bıçaqlanma olub, saxlanılan var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












