Lənkəranda bəzi əraziləri su basıb, 22 nəfər təxliyə olunub - FOTO - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Bununla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 22 nəfər vətəndaş təxliyə olunub.
***
11.26
Ötən gecədən başlayan güclü yağış Lənkəranda fəsadlar törədib.
Sizinxeber.az-nın cənub bürosunun xəbərinə görə, şəhərin mərkəzi küçələri və bir neçə kəndi su basıb.
Su basan ərazilərə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Oxşar xəbərlər
Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO
Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub - VİDEO
Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, FHN qüvvələri hərəkətə keçib - VİDEO
FHN: Leysanla əlaqədar bəzi ünvanlarda subasma ilə bağlı tədbirlər görülür - VİDEO
FHN: Hacıqabulda su basan ərazilərdə tədbirlər fasiləsiz davam etdirilir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













