sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nəsimi rayonunda bir ay ərzində narkotik vasitə və spirtli içkinin təsiri altında maşın sürən 20 sürücü saxlanılıb, 5-i həbs olunub
Bakının Nəsimi rayonunda narkotik vasitə və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə edən 20 sürücü saxlanılıb.
Bu barədə "Sizinxeber.az"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən ay həyata keçirilən profilaktik tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, narkotik vasitə, psixotrop maddə və spirtli içkinin təsiri altında avtomobil idarə edən, eyni zamanda yol polisinə tabesizlik göstərən 20 sürücü aşkar edilib.
Həmin sürücülər barəsində toplanılmış materiallar məhkəməyə göndərilib, onlardan beşi inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkarlanıb
Qubada avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













