Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub
sizinxeber.az xəbər saytı

Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub


2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub.

"Sizinxeber.az" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Baş prokuror bildirib ki, 41 şəxs 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.

Onlardan 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxşar xəbərlər

Baş prokuror: 2024-cü ildə 41 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb
Hafiz Səfixanov: Bu il azad olunmuş ərazilərdə 36 nəfər mina hadisəsinin qurbanı olub
Ötən il prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib
Hikmət Hacıyev: Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle