Ağdaşda ağır yol qəzasında ölən 3 nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-1
Ağdaşda ağır avtomobil qəzasında dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
Sizinxeber.az-nın Şirvan bürosunun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Qəbələ rayon Uludaş kənd sakini Baləmmədov Yasin Sədiyyar oğlu, Əliyev Rəşad Ədalet oğlu və Qarayev Yaşar Maarif oğlu hadisə yerində dünyasını dəyişiblər.
Bundan başqa Qəbələ rayon sakini 1989-cu il təvəllüdlü Ağammədov Teymur Yarəmməd oğlu ağır bədən xəsarətləri alıb.
Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində bir yük və iki minivan avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.
***
23:20
Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan 3 yük maşını toqquşub.
İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda qəza baş verib, 2 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda qəza olub, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə iki maşın toqquşub, ölən və xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












