Bakıda avtomobilin qaz balonu partlayıb, sürücü xəsarət alıb
sizinxeber.az xəbər saytı

Bakıda avtomobilin qaz balonu partlayıb, sürücü xəsarət alıb


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

APA FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq "CHEVROLET COBALT" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.

Oxşar xəbərlər

Bakıda qazanxanada partlayış baş verib, xəsarət alan var
Şuşa-Laçın yolunda qəza olub
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
8 Noyabr prospektində evdə partlayış olub, 1 nəfər xəsarət alıb - VİDEO
Şəmkirdə evdə partlayış olub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər