DİN: Çin vətəndaşının Azərbaycan vətəndaşlarının 10 milyon dollarını mənimsədiyinə dair məsələ nəzarətə götürülüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
noy
2024
22:00

DİN: Çin vətəndaşının Azərbaycan vətəndaşlarının 10 milyon dollarını mənimsədiyinə dair məsələ nəzarətə götürülüb

27 noy, 2024
22:00
768

DİN: Çin vətəndaşının Azərbaycan vətəndaşlarının 10 milyon dollarını mənimsədiyinə dair məsələ nəzarətə götürülüb

Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 mln ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.

DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb. Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib. Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın