sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda tıxaca səbəb olan şəxs həbs edilib
Bakıda noyabrın 7-də hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaratmaqda təqsirləndirilən şəxs həbs edilib.
Bu barədə “Sizinxeber.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb. Məlumata görə, cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
Paytaxtda tıxaca səbəb olan şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
