Sierra Leoneyə narkotik aparan gəmidə İki Azərbaycan vətəndaşı saxlanılıb
sizinxeber.az xəbər saytı

Sierra Leoneyə narkotik aparan gəmidə İki Azərbaycan vətəndaşı saxlanılıb


İki Azərbaycan vətəndaşı İstanbuldan Sierra Leoneyə yola düşən və narkotik maddələr daşıyan gəmidə saxlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 4 oktyabrda Atlantik okeanında Kanar adaları yaxınlığında Tanzaniya bayraqlı “RAS” adlı gəmidə İspaniya və Fransa təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı təxminən 4 ton kokain ələ keçirilib. Əməliyyat zamanı 7-si Türkiyə, 2-si Azərbaycan, 1-i Hollandiya vətəndaşı olmaqla ümumilikdə 10 nəfər saxlanılıb.

Əlavə olunub ki, gəmi 28 iyulda İstanbuldan yola çıxıb. Gəminin Sierra Leonedən sonra Misirə getməsi planlaşdırılıbmış.

Oxşar xəbərlər

Türkiyə və Rusiya Suriyada birgə patrul xidmətini bərpa edib
DİN-in keçirdiyi əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
İspaniya polisi Barselona limanında 4 ton kokain müsadirə edib
Xaçmazda sahildən 205 kq narkotik aşkarlanıb, 3 nəfər saxlanılıb - FOTO - VİDEO
Daşkənddə Türkiyə və Özbəkistanın güc strukturları rəhbərləri görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər