Bu şəxs özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul alır
Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.
BAKU.WS xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında paylaşım edib.
“Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s.”, - deyə o qeyd edib.
E. Babayev xəbərdarlıq edərək bildirib ki, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir, geyim tərzini də Mirzə Babayevinkinə bənzətməyə çalışır:
“Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayeva oxşasın”.
O qeyd edib ki, babasının sonuncu qardaşı 11 il bundan əvvəl vəfat edib.
Oxşar xəbərlər
Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda sabiq xidmət rəisi həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeronda qardaş qardaşı bıçaqladıqdan sonra özünü öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə orta məktəb müəllimi vəfat edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












