İrandan Azərbaycana keçməyə cəhd edən Əfqanıstan vətəndaşı saxlanılıb -VİDEO
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən avqust ayının 25-də saat 21:00-da Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir nəfər şübhəli şəxsin İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsi müşahidə olunub.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aşkar olunmuş şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.
"Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 24.04.1998-ci il təvəllüdlü Mahmood Khil Bilal oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İrandan Azərbaycana keçməyə cəhd edən Əfqanıstan vətəndaşı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşı saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzər dənizinin Azərbaycana mənsub bölməsində aşkar olunan qaçaqmal götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












