Tovuzda Kür çayından çıxarılan meyitin şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB
Tovuz rayonunda kür çayında tapılan meyitin şəxsiyyəti müəyyən edilib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, meyitin Quliyev Tural Hüseyn oğluna məxsus olduğu müəyyənləşib.
Tovuzda avtomobillə Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti tapılıb.
Bu barədə “Sizinxeber.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.
Oxşar xəbərlər
Kür çayında avtomobillə batan iki nəfərdən birinin meyiti tapılıb
Tovuzda Kürdə batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti tapılıb
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən birinin meyiti tapılıb
Qusarda su kanalında batan şəxsin meyiti tapılıb
Bir həftə əvvəl dənizdə batdığı ehtimal olunan şəxsin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













