Azərbaycanlı professor vəfat edib - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycanlı professor vəfat edib - FOTO




Azərbaycanın Əməkdar müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Hikmət Məmmədov vəfat edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hikmət Süleyman oğlu Məmmədov 1938-ci ildə anadan olub. O, 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) çalışıb. Təqaüdə çıxana qədər ali təhsil müəssisəsinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışıb. 2012-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə "Əməkdar müəllim" fəxri adı, 2018-ci ildə isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı" ilə təltif olunub. AzMİU-nun fəxri professoru olan H.Məmmədov 30 dərslik və dərs vəsaiti, 1 monoqrafiya və 200-ə yaxın elmi məqalələrin müəllifidir.

Sizinxeber.az

Oxşar xəbərlər

Azərbaycanda dekan müavini tikintidən yıxılaraq faciəvi şəkildə öldü - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazirin sabiq müavini vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gülnarə Qurbanova qəfil vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM Aparatının sabiq rəhbəri II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər