Buzovnada  batan 2 nəfərin meyiti aşkarlanıb
sizinxeber.az xəbər saytı

Buzovnada batan 2 nəfərin meyiti aşkarlanıb




Avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Sizinxeber.az

Oxşar xəbərlər

Buzovnada dənizdə batan iki nəfərin meyiti tapılıb
Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb
Qusarda üç gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
Bilgəhdə dənizdə batan şəxsin axtarışları aparılır
16 yaşlı şəxs kanalda batıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər