Suraxanı rayonunda əl qumbarası aşkarlanıb
sizinxeber.az xəbər saytı

Suraxanı rayonunda əl qumbarası aşkarlanıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə "Sizinxeber.az"a FHN-dən bildirilib

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən olunub.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Oxşar xəbərlər

Suraxanı rayonunda sursat aşkarlanıb
Qaraçuxur qəsəbəsində qumbara aşkarlanıb - FOTO
Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkarlanıb - VİDEO
Abşeron rayonunda sursat aşkarlanıb
Bakıda hərbi sursat tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər