Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
sizinxeber.az xəbər saytı

Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb


Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Sizinxeber.az”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi “DAEWOO” markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çrıpılıb.

Zərbənin gücündən avtomobil hissələrə bölünüb.

Qəza zamanı 34 yaşlı N. Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var
Gədəbəydə avtomobil aşıb, sürücü xəsarət alıb 
Gəncədə avtomobil ağaca çırpılıb, ölənlər var
Şabranda avtomobil maneyə çırpılıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle