Naxçıvanda saxta alkoqollu içkilər aşkarlanıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda saxta alkoqollu içkilər aşkarlanıb


Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə satış obyektlərində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, satışı həyata keçirilən bir neçə adda alkoqollu içkilərin qida təhlükəsizliyi reyestrindən çıxarışı olmayan müəssisələr tərəfindən istehsal olunduğu, alkoqollu içkilərin üzərində göstərilən istehsalçıların mövcud olmadığı, mənşəyi, istehsalçının adı, ünvanı barədə dolğun məlumatların göstərilmədiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və ümumi həcmi 168 litr olan 12 adda müxtəlif həcmli 305 ədəd alkoqollu içkinin dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar olunub.

Qərarın icrası təmin edilib.

Oxşar xəbərlər

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilk oxunuşda təsdiqlənib
Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər