

Deputat: Məktəblərdə islamofobiyanın qadınların həyatına təsiri barədə maarifləndirmə işləri aparılmalıdır
Məktəblərdə islamofobiyanın qadınların həyatına təsiri barədə maarifləndirmə işləri aparılmalıdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü, deputat Gülşən Paşayeva Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, kişilərdən fərqli olaraq hicab yaxud niqabda olan xanımlar dini inanclarını bəlli edirlər:
"Bəzi qüvvələr də bunu mənfi şəkildə qələmə verir. Müsəlman qadınlar bir sıra qısnamalar və ayrı-seçkiliyə məruz qalırlar. Onlar bu cür hallarla iş yerlərində, təhsil ocaqlarında eləcə də kariyerasını qurmağa çalışarkən üzləşirlər. Məktəblər də bu sahədə media savadlılığı, islamofobiyanın qadınlara təsiri mövzularında maarifləndirmə işləri apara bilərlər".
O bildirib ki, Azərbaycan unikal multukulturalizm nümunəsidir:
"Azərbaycan 1918-ci ildə qadınlara səs vermə hüququnu vermiş ilk ölkədir. Bununla yananan ənənə davam edir və Azərbaycan qadını hər yerdə öz gücünü göstərir".
Oxşar xəbərlər
BMT-nin eksperti: Avropa mediasında qadınlar haqqında mənfi stereotiplər mövcuddur
Qətər təmsilçisi: İslamofobiyanın təsirlərindən qadınlar da əziyyət çəkir
Mərakeşli nümayəndə: Qərbdə islamofobiyanın geniş yayılması cahillikdən qaynaqlanır
ICESCO nümayəndəsi: Bəzi Qərb ölkələrində İslam və "Qurani-Kərim" haqqında məlumatsızlıq var
Belçika Müsəlman Şurasının sədri: Dünyada əksər qadınlar hicaba görə qısnamalara məruz qalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
