Ağdərənin Suqovuşan kəndində məscid fəaliyyətə başlayıb - FOTO
Ağdərə rayonunun Suqovuşan kəndində məscid fəaliyyətə başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, məsciddə eyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib ki, ibadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, həyəti yaşıllaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.
Qeyd edək ki, işğal dövründə məscidlər də dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.
Oxşar xəbərlər
Suqovuşanda məscid istifadəyə verilib - YENİLƏNİB
Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə bayram tonqalı yandırılıb - FOTO
Xankəndidə Novruz bayramı qeyd olunur - FOTO
Prezident İlham Əliyev Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak edib
Balllıca kəndində 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













