Gəncədəki Hüseyniyyə (Tatlar) məscidinin təmir-bərpası nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

Gəncədəki Hüseyniyyə (Tatlar) məscidinin təmir-bərpası nəzərdə tutulur


Gəncədə keçirilməsi planlaşdırılan III MDB Oyunları çərçivəsində şəhərə gələcək turistlərin dini inanclarını yerinə yetirməsi üçün ibadət ocaqları diqqət mərkəzində saxlanılır.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, bu məqsədlə Gəncə şəhərinin Hüseyin Cavid küçəsində yerləşən Hüseyniyyə (Tatlar) məscidinin təmir-bərpası nəzərdə tutulur.

Qeyd edək ki, XIX əsrdə inşa edilən Hüseyniyyə (Tatlar) məscidi əvvəllər mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.

Oxşar xəbərlər

Birinci vitse-prezident Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin vəziyyəti ilə tanış olub
Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq olub
Gəncəyə olan dövlət qayğısı şəhərin inkişafında müstəsna rol oynayır - RƏY
Birinci vitse-prezident Gəncəyə səfəri ilə bağlı paylaşım edib
Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər