“Aydınlığa doğru” İB-nin sosial çarxları təqdim olunub
sizinxeber.az xəbər saytı

“Aydınlığa doğru” İB-nin sosial çarxları təqdim olunub


Bu gün “Dəniz Mall”un “CineMastercard” zalında “Aydınlığa doğru” İctimai Birliyinin dəstəyi ilə çəkilən, Ramazan ayının dəyərlərinə həsr olunmuş iki sosial çarxın təqdimatı olub.

"Sizinxeber.az" xəbər verir ki, Xalq artistləri Səidə Quliyeva, Pərviz Məmmədrzayev də daxil olmaqla böyük yaradıcı heyətin ərsəyə gətirdiyi sosial çarxlarda diqqət müqəddəs Qurani-Kərimi oxumağın vacibliyinə, bu ayda xeyirxah əməllərin, yardımlaşmanın təşviqinə yönəldilib.

Görüşdə “Aydınlığa doğru” İB-nin 15 illik fəaliyyətinə həsr olunan videoçarxın nümayişindən sonra birliyin sədri Solmaz Əmirli, sosial çarxların çəkilişində fəal iştirak edən Ləman Mirqədirova və Fəridə Əfəndi, çarxların ssenari müəllifi Pərviz Seyidli, rejissoru Elçin Elxanlı çıxış ediblər.

Ziyalıların, gənclərin diqqətinə çatdırılan sosial çarxlar böyük maraqla izlənilib və alqışlarla qarşılanıb.

Oxşar xəbərlər

Sosial yardımlar niyə gecikir? - Açıqlama
Kimdir müqəssir? - Sosial şəbəkə bataqlığı - VİDEO
Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği artıb
“TikTok” bağlanılmalıdır! - Jurnalist təşkilatı məhkəməyə üz tutdu
Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər