Dünyəvi dövlətdə dini təhdidlər, siyasi-ideoloji baxış müzakirə olunub
sizinxeber.az xəbər saytı

Dünyəvi dövlətdə dini təhdidlər, siyasi-ideoloji baxış müzakirə olunub


Azərbaycan Din Xadimlərinin Forumunda "Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış" mövzusunda panel müzakirə keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, tədbir Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə baş tutub.

F.Mustafa bildirib ki, dövlətin əsas funksiyası dinlə əlaqədar ənənənin mütləqiləşdirilməsi olmalıdır. Onun fikrincə, dinlə əlaqədar anlayışların, terminlərin müasirləşdirilməsinə ehtiyac var.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu "internet məscidləri" anlayışının müasir dini təbliğata daxil olduğunu vurğulayıb. O, media və sosial şəbəkələrin dini maarifləndirmədə oynadığı rol haqqında da danışıb.

Sessiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov iştirak ediblər.

Panel müzakirələrdən sonra sual-cavabla davam edib.

Foto: Vüqar Xanlarov

Oxşar xəbərlər

Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur
Deputat: Dini qurumlara ayrılan vəsaitin əsasən dəyərlərimizin təbliğinə xərclənməsi daha məqsədəuyğundur
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
Sahib Alıyev: Dini təhsil elm və tərbiyə ilə balanslı şəkildə aparılmalıdır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər