QMİ sədrinin müavini: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir
sizinxeber.az xəbər saytı

QMİ sədrinin müavini: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir


Müxtəlif dini məbədlərin əsaslı təmiri və bərpası ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” konfransdakı çıxışında deyib.

O vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində yaradılmış siyasi ənənənin dinamikası artıb, inkişaf tempi daha da sürətlənib:

“Ölkənin müxtəlif regionlarında inşa edilən, təmir-bərpa olunan məscid- ziyarətgah kompleksləri, kilsələr, sinaqoqlar qeyd olunan fəaliyyətin əyani sübutudur. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxlayır, hər səfərində milli-mənəvi irsimiz olan abidələrin bərpası, təmiri işləri ilə yaxından maraqlanır".

"Şuşada, Ağdamda bir sıra məscidlərin təmir-bərpa olunması, Zəngilanda yeni məscidin tikilməsi, habelə alban və pravoslav kilsələrinin əsaslı restavrasiyası dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir”, - sədr müavini bildirib.

Oxşar xəbərlər

Ramin Məmmədov: Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirəcək ideyalar öyrənilməlidir
Polşanın Baş müftisi Azərbaycana gəlib, Allahşükür Paşazadə ilə görüşüb
Dövlət başçısı: Azərbaycanla Böyük Britaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir
Ramin Məmmədov: Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir
Azərbaycanda müxtəlif icmaların nümayəndələrinə və dini ibadət yerlərinə qayğı göstərilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər