İyunda ikinci dəfə ardıcıl dörd gün İŞ OLMAYACAQ
sizinxeber.az xəbər saytı

İyunda ikinci dəfə ardıcıl dörd gün İŞ OLMAYACAQ


İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Bununla da ardıcıl dörd gün - iyunun 26-sı, 27-si, 28- və 29-u qeyri-iş günləri olacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar da 4 gün ardıcıl - 6,7,8 və 9 iyun tarixləri qeyri-iş günü hesab olunur.

Oxşar xəbərlər

Noyabrda ardıcıl 6 gün iş olmayacaq
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
AYNA: Sabah qeyri-iş günü olmasa da parklanma xidməti ödənişsiz olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər