Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA
İyunun 3-də saat 10:00-a olan faktiki hava açıqlanıb.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Məlumata əsasən, bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.
Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.
Oxşar xəbərlər
Qeyri- sabit hava şəraiti daha dörd gün davam edəcək
Əksər rayonlarda yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA
Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB
Bakıda külək güclənib, bəzi yerlərdə leysan yağır - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













