Stüardessa Hökumə Əliyevanın evindən REPORTAJ
"Hökumə üçün hansı gözəl sözü desəm, azdır. Çox tərbiyəli, savadlı, qabiliyyətli, əl bacarığı olan xanım idi. Həmişə tərbiyəsi, savadı, oturuşu-duruşu ilə hər kəsə nümunə olurdu".
Bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində təyyarə qəzasında həlak olan Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.
Onun sözlərinə görə, H.Əliyeva hər zaman öhdəliklərini layiqincə və düzgün şəkildə icra edib:
"Uçuşda olanda insanlara ürək-dirək verirdi, onları təsəlli edirdi, hər şeyi başa salırdı. İzah edirdi ki, qorxmağa, narahat olmağa heç bir əsas yoxdur. "Hamımız birlikdə gedirik, birlikdə də qayıdacağıq" deyirdi".
E.Əliyev təyyarə qəzası barədə məlumatı bacısından öyrəndiyini söyləyib:
"Bacım dedi ki, iş qrupunda təyyarənin qəzaya uğradığı yazılıb. Eşidəndə dizlərim qırıldı. Onun cəsarətini, şücaətini Azərbaycan xalqı, bütün dünya gördü. Xalqımızın başı sağ olsun, böyük faciədir. Arzu edirəm ki, onun kimi şərəfli ölüm mənə də qismət olsun".
Hökumə Əliyevanın həyat yoldaşı ən çox onun təmiz ürəyi, şirin sözləri üçün darıxacağını söyləyib:
"O qədər yaxşı xüsusiyyətləri var idi ki, bilmirəm, hansı birini deyim. Onu həmişə "mələyim" deyə çağırardım. Hökumə həyatımın bələdçisi idi. Həmişə onunla səmimi olmuşuq. Nə sözümüz olub demişik, açıqsözlü olmuşuq. Biz bir-birimizə dayaq idik. Çətin anlarda bir-birimizin əlindən tuturduq, dərdlərimizi, fikirlərimizi bölüşürdük. Var ömür-gün yoldaşı, bir də var ömrüm, günüm. O mənim ömrüm, günüm idi. Hökumənin vəfatı ilə həyatım, ömrüm getdi".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı
Hökümə Əliyevanın bibisi oğlu: Üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi
Hökümə Əliyevanın qardaşı: Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı
Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası: Mən qızımla fəxr edirəm
Təyyarədə həlak olan bələdçinin qohumu: Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












