Vəkil: Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər
sizinxeber.az xəbər saytı

Vəkil: Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər


Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir.

Bu barədə “Report”un Rusiya bürosuna açıqlamasında vəkil Ələkbər Qarayev məlumat verib.

O qeyd edib ki, Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər: “2020-ci il sentyabrın 29-da Ermənistan Kamil Zeynallını 4 maddə üzrə axtarışa verib. O, ötən gecə Rusiyada şübhəli şəxs qismində saxlanılıb. Hazırda prokurorluqda bununla bağlı iş gedir. Əlavə materiallar göndərilərsə, onunla bağlı həbs qətimkan tədbiri seçilə bilər”.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib.

Oxşar xəbərlər

Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı barədə - Açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamil bu "qətlə" görə həbs olunub: Ermənistan şok detallar açıqladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bülbüloğlu təsdiqlədi: Kamil Zeynallı buna görə saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Rusiyada saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər