Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər?
sizinxeber.az xəbər saytı

Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər?


Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 16 ünvanındakı ikimərtəbəli tikilidə məskunlaşan keçmiş məcburi köçkünlər ərazidə söküntü və tikinti işləri aparan Mənzil-Tikinti Kooperativindən (MTK) şikayətçidirlər.

Sakinlər bildirirlər ki, şirkət artıq söküntü işlərinə başlayıb, lakin burada məskunlaşmış məcburi köçkünlərin başqa evlərə köçürülməsi təmin edilməyib.

"MTK deyir ki, kirayəyə çıxın, sizə 500 manat ödəniş ediləcək. Biz də buna inanmırıq. Çünki belə vədləri çox görmüşük. Bir ayın kirayə pulunu verib, digərlərini ödəmirlər", - şikayətçi Ehtiram Hüseynov deyib.

"Kirayənin pulunu verəcəklərinə inanmıram. Buradan getmək fikrim də yoxdur. İstəyirəm ki, tikdikləri binadan bizə ev versinlər. Bizim kimi kasıblardan pul qazanmaq istəyirlər", - deyə başqa bir sakin narazılıq bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialda:


Oxşar xəbərlər

Ömrünü şəhərin mərkəzində keçirən “Kubinka” sakinlərinə evlərinin əvəzinə "qəpik-quruş" təklif olunur...
Mərkəzdə evləri sökürlər: Sakinlərdən 100 min manat kəsilir
Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - RƏSMİ AÇIQLAMA
"Qaçqınkom"un heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur" - RƏSMİ
Keçmiş məcburi köçkünlərə “çörək pulu”nun verilişi dayandırılıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər