Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI: tarixi binanın üstünə ev tikdi
sizinxeber.az xəbər saytı

Hacıbala Abutalıbovun oğlu Türkiyəni QARIŞDIRDI: tarixi binanın üstünə ev tikdi


Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

Sizinxəbər.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.

Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.

Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.

Oxşar xəbərlər

FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO
Dövlət Xidməti: “Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb”
Bakıda yeni Mərkəzi Planlaşdırma Rayonunun sərhədləri müəyyənləşib
Erməni terroru nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib - FOTO
Türkiyəli mütəxəssislər zəlzələdən sonra yeni tikilən binalarda qüsurlar tapdılar: “Hələ də yetərli deyil”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər