Həkim: “Qızılcanın karantin müddəti 21 gün, reabilitasiya müddəti 2-3 həftədir”
“Qızılca zamanı karantin 21 gün davam edir. Lakin çox vaxt valideynlər tələsir və karantin dövrü bitmədən uşaqları məktəbə və məktəbəqədər təhsil müəssisələrinə göndərməyə çalışırlar”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.
Onun sözlərinə görə, bir çox valideynlər bədən hərarəti normallaşıbsa, yeni səpgi elementləri qeyd olunmursa, artıq uşağı təcrid etməyin lazım olmadığını düşünürlər:
“Qeyd edim ki, bu çox yanlış fikirdir. Belə hallar xəstəliyin böyüklər və uşaqlar arasında daha çox yayılmasına və ciddi fəsadlara yol aça bilər. 21 gün tamam olduqdan sonra heç bir ağırlaşma qeyd olunmursa, uşaq artıq aktiv həyata qayıda bilər.”
Pediatr onu da əlavə edib ki, piqmentli səpgisi olan xəstə artıq yoluxucu deyil, lakin bu onun sağalması demək deyil:
“Bərpa və reabilitasiya müddəti 2-3 həftə, bəzən isə daha çox davam edir. Xəstəlik keçirdikdən sonra uşağın iştahası kəsilir, tez yorulur və orqanizm zəifləyir. Onun immun sistemi ən azı iki ay istənilən infeksiyaya son dərəcə həssas ola bilər. Bu baxımdan həmin şəxsləri lazımsız təmasdan, yüklənmədən, stresdən, hipotermiyadan və s.-dən qorumaq lazımdır”.
Oxşar xəbərlər
Həkimdən HƏYƏCAN TƏBİLİ: “Qızılca zamanı A vitamini ehtiyatı tükənir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həkim qızılca ilə bağlı valideynlərə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xüsusi karantin rejiminin müddəti uzadıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Cəfərova: “Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksindir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pediatr: “Üç yaşdan yuxarı olan uşaqlara turşu kələm məsləhət görülür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












