Bayram Kürdəxanlının Rusiyada oğlunun olduğu üzə çıxdı - VİDEO
sizinxeber.az xəbər saytı

Bayram Kürdəxanlının Rusiyada oğlunun olduğu üzə çıxdı - VİDEO


Avtomobil qəzasında dünyasını dəyişən məşhur meyxanaçı Bayram Kürdəxanlının Rusiyada oğlu olduğu üzə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə ARB-nin efirində yayımlanan verilişlərdən birində məlumat verilib.

Mərhum meyxanaçının qardaşı Xəlifə Quliyev canlı yayıma qoşularaq, qardaşının Rusiyada oğlunun olduğunu bildiyini deyib. O qeyd edib ki, ancaq onunla əlaqəsi yoxdur.

“Qardaşım hardasa 35 il əvvəl bir qızla Moskvada tanış olmuşdu. O qız orada təhsil alırdı, qardaşım onun bütün xərclərini qarşılayırdı. Daha sonra o, universiteti bitirdi. Ailəsi qardaşımla evlənməyinə icazə vermədi. Sonradan bildiyim məlumata görə, o, avtomobil qəzasında həyatını itirib. Onun Bayramdan bir oğlu olmağını mən sonradan bildim. Mən onun tapılmağını çox istəyirəm. Qardaşımın yadigarıdır”, - deyə o bildirib.

Daha ətraflı ARB TV-nin süjetində:

Oxşar xəbərlər

Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb
Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib
Laçında avtomobil qəzasında həlak olanlardan biri Gəncədə dəfn ediləcək
Arif Hacılının oğlu saxlanıldı - VİDEO
Bakı sakini avtomobil idarə etmədiyi halda cərimələndi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər