Gülşad Baxşıyeva: “Xəbəri eşidəndə göz yaşı tökdüm”
sizinxeber.az xəbər saytı

Gülşad Baxşıyeva: “Xəbəri eşidəndə göz yaşı tökdüm”


Əməkdar artist Gülşad Baxşıyeva Prezident İlham Əliyev tərəfindən təltif olunmasından danışıb.

Bu barədə aktrisa “Olay”a açıqlama verib. O bildirib ki, xəbəri eşidəndə kövrəlib:

“Başda rektorumuz Ceyran xanım olmaqla universitet heyəti ilə səhər tezdən ulu öndər Heydər Əliyevi ziyarət etdik. Ondan da sonra Şəhidlər xiyabanına yollandıq. Yağış da aramsız yağmağa davam edirdi, ondan sonra evə gəldim. Zəng etdilər ki, Prezident  təqaüdünə layiq görülmüsən. Bu sözü eşidəndə ürəyim çırpınmağa başladı, həyəcanlandım. Dedim, inanmıram axı, yalan deyirsən. Dedi ki, yox, indi sərəncamı sənə göndərəcəyəm, oxuyarsan. Cavab verdim ki, doğrudan?  O kəlməni bir az fərqli söylədim. Özümdən asılı olmadan gözlərim doldu, yaş tökülməyə başladı. Çox həyəcanlıyam. Hər ay müəyyən bir məbləğ alacağım üçün yox, yadda qaldığım üçün həyəcanlandım.

Yəni doğrudan bu səfər məni də yada saldılar? Dedilər, sən buradasan və bu mükafata layiqsən. Bu, sayılmaq hissidir.  Buna görə, həyəcanlandım, gözümdən yaş gəldi. Prezidentimiz çox sağ olsun. Allah onu bizim millətimizə, dövlətimizə çox görməsin. Daim var olsun. Allah ona can sağlığı versin”.

Oxşar xəbərlər

Bu universitetin əməkdaşları təltif edildi
Döyülə-döyülə sənətə gəldi, sürünə-sürünə xəstəxanaya getdi - Onu toylarda oxumağa nə məcbur etdi?
Prezident İlham Əliyevdən ermənilər və onların havadarlarına verilən dərs
Prezident İlham Əliyev: “Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik”
Azərbaycanın səbri daşdı: terrorçular məhv edilir - General

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər