Somali naziri Sumqayıt Kimya Sənaye Parkında olub
sizinxeber.az xəbər saytı

Somali naziri Sumqayıt Kimya Sənaye Parkında olub


Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi iyulun 27-də Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

“Sizinxeber.az” xəbər verir ki, Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibovun iştirak etdiyi görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud əlverişli investisiya imkanları barədə məlumat verib, İZİA-nın təqdimatı keçirilib.

Görüş çərçivəsində sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, sənaye zonası modelinin tətbiqinin üstünlükləri diqqətə çatdırılıb.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, parkın rezidenti “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Oxşar xəbərlər

Sumqayıt Kimya Sənaye Parkından ixracın dəyəri 3 milyard manatı keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda neft-kimya müəssisələrinin 2 ərazidə zonalaşdırılması təklif olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkının rezidentlərinin sayı 27-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle