“Kontakt”a qarşı yayılan iddialar gerçəyi əks etdirmir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
noy
2025
10:20
0
0
5 928
ff aaaaaaa

“Kontakt”a qarşı yayılan iddialar gerçəyi əks etdirmir"

19 noy, 2025
10:20
5 928

“Kontakt”a qarşı yayılan iddialar gerçəyi əks etdirmir"

“Son günlər mediada “Kontakt” mağazalarında satılan “Hoffmann” markalı məhsulların mənşəyi ilə bağlı şirkətimizə yönəlmiş bir sıra əsassız iddialar yayılıb”​.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Kontakt”ın yaydığı açıqlamada bildirilib. 

Qeyd olunub ki, yayılan iddiaların heç biri həqiqəti əks etdirmir:

"Öncəliklə bildiririk ki, bu iddiaların heç biri həqiqəti əks etdirmir. Bununla əlaqədar, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şirkətimizlə bağlı qəbul etdiyi qərarından aidiyyəti orqana rəsmi qaydada şikayət təqdim etmişik.

Mağazalarımızda satılan “Hoffmann” məhsullarının istehsal ölkəsi barədə bütün məlumatlar həm satış prosesində, həm də rəsmi sənədlərdə açıq və düzgün göstərilir. Şirkətimiz heç vaxt Almaniya istehsalı ilə bağlı çaşdırıcı reklam və ya çağırışlardan istifadə etməyib və bu hal Agentliyin araşdırmanı aparan Komissiyasının qərarında da öz təsdiqini tapıb.

Qeyd edək ki, “Hoffmann” məhsulları Avropa bazarı üçün nəzərdə tutulsa da, istehsalı hazırda Türkiyədə, Özbəkistanda, həmçinin Apple, Samsung, LG və s. markalarda olduğu kimi, Çində də həyata keçirilir. Bu, qlobal sənaye praktikasının bir hissəsidir və biz bunu gizlətmirik. Müştərilərə təqdim etdiyimiz məlumatlarda və sənədlərdə istehsal ölkəsi tam şəkildə əks olunur”.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul