Mourinyonun cəzası iki oyuna endirilib
Türkiyə Futbol Federasiyasında İntizam Komitəsinin iclası keçirilib.
Sizinxeber.az xəbər verir ki, yığıncaqda "Qalatasaray"ın baş məşqçisi Okan Buruk və "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyonun cəzaları müzakirə olunub.
Nəticədə türkiyəli mütəxəssisin cəzası təsdiqlənib. O, komandasının bir oyununu buraxmalı olacaq. Buruka verilən 1.5 milyon türk lirəsi cəriməsi 500 minə endirilib.
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun cəzası da yüngülləşdirilib. Hakimə qarşı qeyri-idman hərəkəti edən mütəxəssisin cəzası 4 matçdan 2 oyuna endirilib.
Portuqaliyalının 117 min lirəlik cəriməsi də 58 min olaraq dəyişdirilib. O, rəqib komandanın feyr-pley anlayışına və idman əxlaqına sərt sözlər dediyi üçün də əlavə olaraq 500 min lirə ödəyəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı 0:0 hesabı ilə nəticələnib.
Oxşar xəbərlər
Joze Mourinyo və Okan Buruk cəzalandırılıb
"Fənərbaxça"nın "Qalatasaray"a məğlub olduğu oyundan sonra Joze Mourinyo mətbuat konfransı keçirməyib
"Qalatasaray" "Fənərbaxça"nı səfərdə 3:1 məğlub edib
"Beşiktaş" qələbə qazanıb, "Fənərbaxça" xal itirib
"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











