Araik Arutyunyan DİNDİRİLİB
Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan dindirilib.
Trend xəbər verir ki, ötən gecə Araik Arutyunyan saxlanılaraq Bakıya gətirilib.
Onun vəkili təyin edilən Alov Səfərəliyev dindirilmədə iştirak edib.
“Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”, - deyə vəkil bildirib.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.
Oxşar xəbərlər
Araiki bu azərbaycanlı vəkil müdafiə edəcək
Araik Arutyunyan da saxlanıldı
Saakyan, Qukasyan, Arutyunyan Ermənistana qaçıb?
Xankəndidəki separatçıların keçmiş "lider"ləri saxlanıldı: Bakıya gətirilir
Araik Arutyunyan terrorizmi təbliğ etməkdə ittiham olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












