İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə verir
sizinxeber.az xəbər saytı

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə verir


Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi məhkəməyə verir.

O, bu haqda “O üz” verilişində deyib. Bildirib ki, Ə.Mirəliyev yeddi ildir, İ.Quliyeva haqqında xoşagəlməz sözlər danışır:

“İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də danışığını bilir. İlhamə hər zaman belə insanlardan uzaq olub. İlhamə Quliyeva özünə hörmət edən insan, xanım olub. Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva yeddi ildir ki, dünyasını dəyişib, Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?”

Qeyd edək ki, Ə.Mirəliyev İ.Quliyevanın mirasının bacılarına qalmasını tənqid edib.

Oxşar xəbərlər

İlhamə Quliyeva son nəfəsində nə deyib?
Ramiz Məlikin bacısı: “Son üç ay ərzində vəziyyəti çox pis oldu”
Zeynəb Xanlarovanın bacısı oğlunun təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub
Səidə Sultan: “Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar”
Turalənin ölümünə səbəb olanlar azadlıqdadır - Atası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər