Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır
sizinxeber.az xəbər saytı

Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır


Azərbaycanda dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır.

"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla dərman vasitələrinin ekspertizasının aparılması qaydasına edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, yeni qaydalarla Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABŞ-nin Qida və Dərman Agentliyi, Yaponiyanın Əczaçılıq və Tibb Vasitələri Agentliyi, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) həmin ölkələrdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, istifadəsinə icazə verilməsi meyarları da nəzərə alınmaqla beynəlxalq qeydiyyatının Azərbaycanda tanınması mexanizmi yaradılır.

Eyni zamanda beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı azaldılıb və sadələşdirilib.

Həmçinin dərman vasitələrinin qeydiyyat prosedurlarının müddəti azaldılıb.

Belə ki, qərardan öncə dərman vasitəsinin qeydiyyatı üçün ekspertizaya 210 gün ayrılırdısa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanınan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət ümumiyyətlə, cəmi 14 gün təşkil edəcək.

Oxşar xəbərlər

Nazirlər Kabineti: Dərman bazarı liberallaşdırılır, qeydiyyat asanlaşdırılır, nəzarət gücləndirilir
Dərman vasitəsinin tanınması üçün xarici ölkələrin və beynəlxalq təşkilatların siyahısı təsdiqlənib
Tarif Şurasından iclas: Dərman qiymətləri...
Dərman vasitələrinin ekspertizasının aparılması qaydasında dəyişiklik edilib
Dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər