Vüqar Qurbanov: Xəstəxanalarımızda mövcud çatışmazlıqların aradan qaldırılması üçün plan hazırlanacaq
Xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən növbəti geniştərkibli müşavirədə deyib.
V.Qurbanov vurğulayıb ki, ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, vərəmlə mübarizənin daha da intensivləşdirilməsi, yeni yaradılmış Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyətinin, tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin düzgün təşkili, ağciyər xəstəliklərinin profilaktikası və müalicəsi üzrə bu sahədə tədbirlərin keyfiyyətinin yüksəldilməsi davam etdirilməlidir.
"Tərəfimizdən bütün istiqamətlər üzrə müasir çağırışlara uyğun təkmilləşdirmə və optimallaşdırmalar aparılır. Bu işlərdə hər birinizin dəstəyi lazımdır. Bizim əsas məqsədimizdən biri də beynəlxalq təcrübəyə malik olan, xaricdə yaşayan və çalışan həkimlərimizi ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlara cəlb edərək, onların təcrübələrindən faydalanmaqdır. Bilirsiniz ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan proqram çərçivəsində xaricdə təhsil alan həkimlərimiz xəstəxanalarımızda işlə təmin olunur, eyni zamanda onların beynəlxalq təcrübələri səhiyyə sistemimizin inkişafı üçün böyük fayda verir.
Yeni layihəyə əsasən isə yaxın vaxtlarda regionlarda zəruri cərrahi xidmətlərin təşkilində beynəlxalq standartların tətbiq edilməsi bu sahədə 2030-cu ilə qədər müəyyən edilmiş beynəlxalq hədəflərə çatmağımıza zəmin yaradacaqdır. Layihə çərçivəsində bütün xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaqdır", – TƏBİB-in İcraçı direktoru qeyd edib.
Oxşar xəbərlər
Vüqar Bayramov: Xəstəxanalarımızda mövcud çatışmazlıqların aradan qaldırılması üçün plan hazırlanacaq
TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
TƏBİB-in icraçı direktoru rentgen aparatları ilə bağlı aparılan monitorinqlərə münasibət bildirib
Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Mingəçevirdə yük maşını piyadanı vuraraq öldürüb
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır