Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi dövründə uğurlar arzulayıb.
Sizinxeber.Az "Report"a istinadən xəbər verir ki, o bu barədə AQEM-in Bakıda VII Zirvə Görüşündə deyib.
Rusiya XİN rəhbəri Azərbaycana qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
"Azərbaycana müşavirəmizin sədri kimi uğurlar arzulayıram", - deyə Lavrov söyləyib.