Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb
Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd edilib ki, AQTA tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmış, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Azərbaycan Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.
Tədbirlər Planının icrası məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Ağstafa rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən çirklənmiş torpaq qatının daşınması prosesi həyata keçirilib. Belə ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, təhlükəli yüklərin qablaşdırılması və daşınması üzrə görülən tədbirlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.
Ağstafa rayonu keçmiş Kənd Kimya Birliyinin ərazisində Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə icra edilən işlər ölkəmiz üçün olduqca vacib və əhəmiyyətli tədbir hesab olunur. Xüsusilə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər bilavasitə ətraf mühitə verilən bir töhfədir. Ətraf mühitin sağlamlaşdırılması, ətraf mühitdən insanlara, heyvanlara və bitkilərə keçə biləcək zərərlərin qarşısının alınması üçün görülən birbaşa tədbirin önəmi yüksək dəyərləndirilir.
Onu da qeyd edək ki, analoji olaraq həyata keçirilən silsilə tədbirlər növbəti günlərdən etibarən ardıcıl olaraq Beyləqan rayonu və digər təhlükə potensiallı obyektlərin ərazisində müəyyən edilən təhlükəli tullantılar üçün də davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Azərbaycanda təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri hazırlanacaq
Şahin Mustafayevin rəhbərliyi ilə Nazirlər Kabinetində iclas keçirilib
Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri hazırlanacaq
AQTA ölkəyə yem məhsulları və yem əlavəsi idxal etmək istəyən sahibkarlara xəbərdarlıq edib
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












