× Maraqlı MÜSAHİBƏ Press-reliz Manşet Kriminal AVTO-MOTO Sağlamlıq Şou-biznes
  • ☰ BöLmələr

Gündəlik istifadə edilən TƏHLÜKƏ – Antiperspirantlar xərçəngə SƏBƏB OLUR?

Son illərdə süd vəzisi xərçənginə yoluxanların sayı getdikcə artır. Əksəriyyət hesab edir ki, xəstəliyin geniş yayılmasına əsas səbəb kosmetoloji məhsullardır. Xüsusilə də, hər kəsin gündəlik tər əleyhinə istifadə etdiyi antiperspirantlar ciddi təhlükə mənbəyinə çevrilə bilər. 

Tərləmə təbii bir proses olsa da, bəzi insanlarda bu normadan çox olur.

Bunun qarşısını almaq üçün insanlar antiperspirantlardan istifadə edərək tərləmənin və yaranan pis qoxunun qarşısını almağa çalışırlar. Lakin bəzi alimlər 1960-70-ci illərin elmi araşdırmalarına istinad edərək, bu məhsulların sağlamlığa kifayət qədər zərərli olduğu düşünürlər.  

Kosmetik vasitələrdə xərçəng törədən maddələr TAPILDI

Bəs, antiperspirantlar həqiqətən sağlamlığa zərərlidirmi?   

sx.buludhost.com xəbər verir ki, Bizim.Media bu barədə araşdırma aparıb. 

Antiperspirant, tərkibində alüminium duzları olan dəriyə qulluq vasitəsidir. Bu duzlar dəri məsamələrinin müvəqqəti tıxanmasına səbəb olur. Belə ki, antiperspirant istifadə edən insanlar müəyyən müddət ərzində tərləmir və ya istifadə etməyənlərə nisbətən çox az tərləyir. Bununla belə, antiperspirantlar qoxusuz məhsullardır. Bir çox kosmetik məhsulun tərkibində həm dezodorant, həm də tərə qarşı mübarizə üçün maddələr var.  

1960-1970-ci illərdə aparılan bəzi elmi araşdırmalar tərləmə əleyhinə dərmanların tərkibindəki alüminium duzlarının Alzheimer xəstəliyi ilə əlaqəli olduğunu ortaya çıxarıb.

Xəstəliyə tutulan insanların beynində alüminium aşkar edilib. Halbuki beyindəki alüminiumun bu maddəyə həddindən artıq məruz qalması nəticəsində və yaxud da xəstəlik nəticəsində əmələ gəlməsi ilə bağlı bu gün də qəti bir fikir yoxdur.   

Tərləmə əleyhinə vasitələrdən istifadə ilə bağlı narahatlıq doğuran digər məqam isə bu məhsulların xərçəng riskini artırmasıdır. Xüsusilə, bu məhsulların döş xərçənginə səbəb olduğuna dair informasiyalar yayılmaqdadır.  

Aparılan araşdırmalar göstərir ki, süd vəzisi xərçənginin inkişafına səbəb olan parabenlər və alüminium duzları östrogen təsir göstərə bilir və buna görə də döş xərçəngi riskinin artmasında rol oynayır.  

Qeyri-təbii dezodorant və antiperspirant məhsullar dəri ilə birbaşa təmasda olduqda dəri xərçəngi riskini artırır. Tərkibindəki kimyəvi maddələrə görə bədəndə yanma, qaşınma, qıcıqlanma, qabarma və yara əmələ gəlməsinə səbəb ola bilər.  

Dezodorantların və antiperspirant məhsulların tərkibində olan kimyəvi maddələr dəridə təhlükəli fəsadlara səbəb olur. Dermatoloqlar şiddətlə tövsiyə edirlər ki, dezodorant və tər əleyhinə məhsulları alarkən diqqətli olmaq və apketklərdə satılan məhsullara üstünlük vermək vacibdir. Xüsusən də, antiperspirantların tərkibindəki kimyəvi maddələrin minimum səviyyədə olmasına diqqət yetirilməlidir.  

SON XƏBƏRLƏR

İranda Xameneinin ölümü ilə bağlı qırx günlük milli matəm elan olundu

İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi

Tramp Xameneinin ölümünü rəsmən təsdiqləyib

Xamenei qətlə yetirilib? - Çin mediası da təsdiqlədi

KİV: Tehranda İranın ali rəhbərinin gəlininin və kürəkəninin öldüyü bildirilib

Qızıl Aypara: ABŞ və İsrailin zərbələri nəticəsində İranda 200-dən çox insan həlak olub

Əraqçi: Danışıqlar aparılan vaxt ABŞ-nin İrana niyə hücum etdiyini anlamıram

İranda qızlar məktəbi vuruldu: 51 ölü, 60 yaralı

Oğlu Məsud Pezeşkianın SON DURUMUNU açıqladı

Netanyahu İrana qarşı əməliyyatla bağlı müraciət yaydı

İranla müharibə bu üç sözə görə başlayıb

İran ordusunun baş komandanı öldürüldü

XİN: "Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırırıq"

İran İsrailin hücumlarına cavab zərbələrinə BAŞLADI

KİV: ABŞ İsrailin İrana hücumunda iştirak edir

Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?

Prezident yeni baş konsul təyin etdi

Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin olundu - FƏRMAN

Şagirdlərin ağır çanta problemi Milli Məclisdə

"BakuBus" Naxçıvanda fəaliyyətə başlayır

BÜTÜN XƏBƏRLƏR