İranla müharibə bu üç sözə görə başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
fev
2026
12:44
0
0
1 249

İranla müharibə bu üç sözə görə başlayıb

28 fev, 2026
12:44
1 249

İranla müharibə bu üç sözə görə başlayıb

Rusiyadan reaksiya: "Həm ABŞ, həm də İsrail ümid edir ki, bu cür zərbələr kütləvi etirazlara səbəb olacaq ki, iranlılar özləri ölkədə rejim dəyişikliyi edəcəklər"

"ABŞ-ın danışıqlar zamanı İrana zərbə endirməsi yeni bir şey deyil. Oxşar bir şey ötən ilin iyun ayında Vaşinqton və Tehran arasında danışıqlar aparılarkən baş verdi. İsrail danışıqların altıncı raundundan əvvəl müharibəyə başladı və ABŞ da qoşuldu. Buna görə də, ABŞ-ın danışıqlar zamanı zərbə endirməsində təəccüblü bir şey görmürəm". Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın Şərq Mərkəzinin baş tədqiqatçısı İrina Fedorova "Zvezda"ya açıqlamasında beləı deyib. Ekspert izah edib ki, İsrail-ABŞ birgə İrana hücumları 2025-2026-cı illərin qışında ölkədə baş verən uğursuz çevriliş cəhdindən qaynaqlanıb. “Vaşinqton və Tel-Əviv İran əhalisini rejimi dəyişdirməyə təhrik etməyə çalışırlar.

Кадры первых ударов: NayaForIraq

ABŞ İran ətrafında çoxlu sayda hərbi qüvvə cəmləşdirib, yəni Tramp üçün münaqişəyə sülh müqavilələri və qoşunların çıxarılması ilə son qoymaq nüfuzun itirilməsi demək olardı. Buna görə də Trampın özünün də dediyi kimi, ABŞ üçün İranın hər cəhətdən tam təslim olması vacibdir. Bu, təkcə nüvə proqramı deyil, həm də raket proqramı, proksilərin dəstəyi və ABŞ və İsrailin İrana qarşı irəli sürdüyü bir sıra tələblərdir. Lakin bu tələblərin arxasında yalnız bir şey dayanır: İranda rejim dəyişikliyi istəyi. Həm ABŞ, həm də İsrail ümid edir ki, bu cür zərbələr İranda o qədər kütləvi etirazlara səbəb olacaq ki, iranlılar özləri ölkədə rejim dəyişikliyi edəcəklər." "Əlbəttə ki, ABŞ və İsrail onlara kömək edəcək, lakin rejim dəyişikliyinə görə məsuliyyət daşımayacaqlar", - deyə Federova izah edib.

Ekspertin fikrincə, ABŞ və İsrail 26 fevral cümə axşamı günü məsləhətləşmələr keçiriblər və bu məsləhətləşmələr zamanı bu razılaşma əldə edilib. Danışıqlar İranın diqqətini yayındırmaq və ölkənin cavab tədbirlərinə hərbi hazırlığını azaltmaq üçün hazırlanmış bir növ oyun kimi qəbul edilib.

Savaş qərarı ilə bağlı ən doğru fikri Tramp səsləndirib. İrana hücumdan bir neçə saat əvvəl Tramp jurnalistlərin suallarını cavablandırarkən Tehranla bağlı bunlarıə deyib: "İran bu qızıl sözləri demir: nüvə silahına yox!"...

Bizimlə əlaqə saxlayın